Sərnişinlərin 8 faizi taksilərdən istifadə edib

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-c i ilin yanvar-aprel ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 355,0 milyon sərnişin daşınıb.

AzerTimes-ın məlumatına görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə sərnişin daşımalarında 22,4 faiz azalma qeydə alınıb.


Sərnişinlərin 92,1 faizi avtobus, 7,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 20,6 faiz, sərnişin dövriyyəsi isə 18,6 faiz azalıb.

Teqlər: