Sərnişin iki maşın arasında qalaraq öldü

Sərnişin iki maşın arasında qalaraq öldü

Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Ağstafa rayon sakini, 1999-cu il təvəllüdlü Hidayət Hüseynov VAZ markalı iki avtomobilin arasında qalaraq dünyasını dəyişib.

Belə ki, o, içərisində olduğu avtomobildən düşmək istəyən zaman digər avtomobil onun düşdüyü avtomobilə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: