Sərhədlə bağlı tarix başa çatdı: Nəticə?.. – Zülfüqarov

Sərhədlə bağlı tarix başa çatdı: Nəticə?.. – Zülfüqarov

Bu gün imzalanması nəzərdə tutulan protokol sərhədin balaca bir bölgəsini əhatə edir. Komissiyalar ardıcıl şəkildə bu və ya digər sahələrə aid texniki sənədlərə qol çəkir. Burada hansısa siyasi məna axtarmağa ehtiyac yoxdur. Bu, texniki bir işdir və hesab edirəm ki, heç bir problem çıxa bilməz.

Bu sözləri AzerTimes-a keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov mayın 15-də Tavuşda demarkasiya prosesinin başa çatdırılmasının son tarixi və nəticələri haqqında danışarkən deyib.

Onun sözlərinə görə, sərhədlərin müəyyənləşdirilmə işləri davamlı olaraq həyata keçirilir və prosesi nəinki iki ölkə, dünya diqqətlə izləyir və Ermənistanda hazırkı etirazlar belə bunu dayandıra bilməz:

“Bu, texniki iş olsa da belə, onun siyasi əhəmiyyətini biz görürük. İstər Azərbaycan və Ermənistan, istər beynəlxalq ictimaiyyət bu prosesə dəstəyini dəfələrlə göstərib. Delimitasiya prosesi Ermənistanda baş verən etirazlara görə dayandırıla bilməz. Çünki Ermənistan maraqlıdır ki, bu məsələ məhz bu şəkildə həllini tapsın. Onlar istəyirlər ki, SSRİ dağılmazdan öncə mövcud olan xəritələri əsas götürək. Onlar bu prosesə öz mövqelərinin güclənməsi kimi baxırlar və Paşinyan bunda çox maraqlıdır. Onu da gizlətmir. Amma Azərbaycanın yanaşması fərqlidir. Biz hesab edirik ki, sərhədin müxtəlif hissələrinə aid müxtəlif illərin xəritələri istifadə oluna bilər”.

Teqlər: