Sərhədimizdə partlayış olacaq – Xəbərdarlıq

Sərhədimizdə partlayış olacaq – Xəbərdarlıq

Bu gün saat 12:00-da Tavuş rayonunun Kirants qəsəbəsindən (Azərbaycanla sərhəd – red.) 1800 m şimalda 1 (bir) partlayış baş verəcək.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan MN-in xəbərdarlığında bildirilib.

“Qonşu ərazilərdə yaşayan sakinlərdən xahiş olunur ki, diqqətli olsunlar və panikaya düşməsinlər”, – xəbərdarlıqda vurğulanıb.

Qeyd edək ki, demarkasiya işləri çərçivəsində Ermənistan kəndlərimizdəki minaların təmizlənməsini və zərərsizləşdirilməsini həyata keçirir.

Teqlər: