Sərhədi pozan şəxs öldürüldü

Sərhədi pozan şəxs öldürüldü

Dünən (1 may) saat 21:30 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndinin meşə massivində 1 nəfər silahlı şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.

Zərərsizləşdirilən 26 yaşlı Elvin Məmmədyarov Quba sakinidir. O, silahlı olub və sərhədçilərə tabe olmaq istəmədiyindən öldürülüb. Silahlı şəxsin radikal dini qruplaşma üzvü olduğu deyilir.

Əməliyyatı DTX, DİN, Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti birgə həyata keçirib.