44 günlük müharibədən sonra ikinci ildir ki, Ermənistan hakimiyyəti Azərbaycanla sərhədin möhkəmləndiyini, lazımi səngərlərin və istehkamların qurulduğunu bəyan etsə də, ön cəbhədə xidmət edən erməni əsgərlərin əksəriyyəti bunun əksini iddia edirlər.
AzerTimes xəbər verir ki, bununla bağlı “Azadlıq Radiosu”nun erməni redaksiyası sensasion faklar açıqlayıb.
“Sosial şəbəkələrdə son günlər bu barədə çoxlu müzakirələr yaranıb. Onlardan birinin müəllifi Zəngəzur vilayətindəki erməni əsgərlərinin Ermənistan Müdafiə Nazirliyininə ünvanladığı məktubu bölüşüb: “Bizim heç balaca bellərimiz yoxdur ki, səngərləri düzəldə bilək. Biz burda öləcəyik”.
Bir neçə gün əvvəl sərhəddə baş vermiş döyüş əməliyyatlarından sonra internetdə videoçarxlar peyda olub və görünür ki, Ermənistan tərəfinin mövqeyi İkinci Qarabağ müharibəsi ərəfəsində olduğu kimi, son taktiki dəyişiklikləri nəzərə almadan qurulub. İrəvan 2 il əvvəl olduğu kimi indi də öz əsgərlərini düşünmür. Əsgərləri konkret olaraq ölümə göndərirlər”, – məlumatda qeyd olunub.
Radio mənbələrinə istinadla bildirib ki, bu baxımdan Azərbaycan tərəfi daha sistemli fəaliyyət göstərir:
“Əgər Ermənistan tərəfi növbətçilikdə olan, yuxusuz, yorğun əsgərlərinə növbətçilik boyu mühəndis işlərini gördürürsə, Azərbaycan tam qurulmuş infrastruktura malikdir. Mühəndis avadanlıqları və istehkam işləri üçün ayrılan insanların köməyi ilə Azərbaycan mövqelərini çox tez bir zamanda təchiz edir”.