Sərhəddə saxlanılan şəxslərdən 8 kiloqrama yaxın narkotik vasitə götürülüb – DSX (FOTO)

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi,
narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış
tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AzerTimes-a bildirilib
ki, aprel ayının 21-də saat 22:00 radələrində Dövlət Sərhəd
Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara
şəhəri ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində
Xəzər dənizinin sahilində “Opel Astra” markalı 99-RJ-503 dövlət
nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması və içərisindən iki
nəfərin düşərək sahibsiz yarımtikilidən 1 ədəd bağlama götürməsi
sərhəd naryadının diqqətini cəlb edib.

Ərazidən uzaqlaşmağa cəhd edən şəxslər sərhəd naryadı tərəfindən
saxlanılmış, onların Bakı şəhər sakinləri 1994-cü il təvəllüdlü
Albabayev Ramal İsrail oğlu və Bəxtiyarov Hüseyn Əlixan oğlu
olmaları müəyyənləşdirilmiib. Saxlanılma zamanı R.Albabayev
sərhədçilərə bıçaqla müqavimət göstərməsinə baxmayaraq sərhədçi
zabitlər peşəkarlıq nümayiş etdirərək cinayətkarı tərksilah etməyə
nail olublar.

Nəqliyyat vasitəsini sərhədçilərin üzərinə sürərək hadisə
yerindən uzaqlaşmağa cəhd göstərən avtomobilin sürücüsü həyata
keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Onun Bakı şəhər sakini
1991-ci il təvəllüdlü İbrahimov Sultan Qabil oğlu olması müəyyən
edilib.

Saxlanılmış şəxslərin üzərilərində aşkarlanmış bağlamaya baxış
zamanı 3 bükümdən 7 kiloqram 755 qram “marixuana”ya bənzər narkotik
vasitə götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Teqlər: