Sərhəd nəzarəti və gömrük necə aparılacaq? – Overçuk

Sərhəd nəzarəti və gömrük necə aparılacaq? – Overçuk

Biz bir həftə ərzində Ermənistan və Azərbaycanın baş nazir müavinləri ilə texniki detalları müzakirə edəcəyik, lakin bunlar çox vacib detallardır.

AzerTimes xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, söhbət Azərbaycanla Ermənistan arasında sərhədi keçmə prosedurundan gedir.

“Sərhəd nəzarəti və sərhəddə gömrük nəzarəti necə aparılacaq, müəyyənləşdirəcəyik”, – o bildirib.

Xatırladaq ki, Putin bu gün bir həftədən sonra Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşərək “təmizlənməmiş məsələləri” aradan qaldıracaqlarını bildirmişdi.

Teqlər: