Sergey Lavrov Şimali Koreyaya gedəcək

Sergey Lavrov Şimali Koreyaya gedəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov Şimali Koreyaya səfər etməyi planlaşdırır.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova jurnalistlərə açıqlamasında deyib.

“Hal-hazırda Rusiya xarici işlər naziri Sergey Lavrovun Pxenyana səfəri ilə bağlı işlər aparılır. Səfər zamanı ikitərəfli əlaqələr və Koreya yarımadasının problemləri müzakirə ediləcək”, – deyə Zaxarova bildirib.

Teqlər: