Sərgən Yalçının “Neftçi”dəki maaşı bəlli oldu

Sərgən Yalçının “Neftçi”dəki maaşı bəlli oldu

Yeni mövsümdən iddialı olmağı hədəfləyən “Neftçi” baş məşqçi dəyişikliyinə hazırlaşır. Məlum olduğu kimi, “ağ-qaralar” Türkiyənin tanınmış mütəxəssislərindən biri olan Sərgən Yalçınla danışıq aparır.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, klubun baş sponsoru olan SOCAR komandaya nəzarəti birbaşa ələ keçirib. Şirkətin prezidenti, eyni zamanda klubun Müşahidə Şurasının sədri olan Rövşən Nəcəf 50 yaşlı mütəxəssislə danışıqlara şəxsən nəzarət edir. Artıq müzakirələrin böyük hissəsi yekunlaşıb. Tərəflər maddi məsələlərdə böyük ölçüdə razılığa gəliblər.

Türkiyədən öz məşqçilər korpusu ilə Bakıya gəlməyə hazırlaşan Sərgən Yalçının “Neftçi”dəki illik maaşı 1 milyon avro (25,8 milyon tl) olacaq. Onunla 2 illik müqavilə imzalanacağı gözlənilir. Sərgənin köməkçilərinin də məvacibi kifayət qədər yüksək olacaq.

Maraq üçün qeyd edək ki, 2021-ci ildə “Beşiktaş”la Türkiyə çempionu olan Yalçının İstanbul təmsilçisindəki illik məvacibi 6 miylon TL olub.

Teqlər: