Serebral iflic olan uşaq qızılcadan dünyasını dəyişdi

Serebral iflic olan uşaq qızılcadan dünyasını dəyişdi

Tovuz rayonun Qədirli kənd sakini, 2014-cü il təvəllüdlü Yusif İsmayılov yüksək hərarətlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı azyaşlının qızılcaya yoluxduğu məlum olub. Uşaq reanimasiya şöbəsində koma vəziyyətinə düşüb.

AzerTimes xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Azyaşlı ağırlaşmış qızılca və pnevmoniya səbəbindən dünyasını dəyişib. Xəstəxanadan bildirilib ki, dünyasını dəyişən uşaq həm də serebral iflic olub.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: