Sərdar Kılıç Ermənistanla sərhəddə – Foto

Sərdar Kılıç Ermənistanla sərhəddə – Foto

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Qarsın Akyak bölgəsində – Türkiyə-Ermənistan sərhədində olub.

AzerTimes xəbər verir ki, diplomat Ermənistanla sərhəddə yerləşən Akyaka rayonundakı “Doğuqapı” keçid məntəqəsinə baş çəkib.

O, sonra qədim Ani şəhərinin xarabalıqlarına baxıb. Kılıç Qarsda Hərbi Muzey və Pendir Muzeyini də ziyarət edib.

Türkiyənin xüsusi nümayəndəsi mətbuata qapalı bir sıra görüşlər keçirib.

Teqlər: