Serbiyadan Banqladeşə silah aparan təyyarə qəzaya uğradı

Serbiyadan Banqladeşə silah aparan təyyarə qəzaya uğradı

Serbiyadan Banqladeşə uçan An-12 təyyarəsi Yunanıstanda qəzaya uğrayıb.

AzerTimes xəbər verir ki, bu barədə Serbiya müdafiə naziri Neyboşa Stefanoviç məlumat verib.

“Yunanıstanda qəzaya uğrayan An-12 təyyarəsinində Serbiyadan aparılan 11.5 ton hərbi məhsul olub. Təyyarə Banqladeşə uçurdu. Təyyarədə olan səkkiz nəfər heyət üzvünün hamısı həlak olub”, – nazir bildirib.

Onun sözlərinə görə, məhsulun sifarişçisi Banqladeşin Müdafiə Nazirliyi olub:

“Təyyarə Nişdən qalxıb və Amman-Ər-Riyad-Əhmədabad-Dəkkə istiqamətində uçurdu. Reysdə bütün vacib məlumatlar və icazələr var idi”.

Teqlər: