Serbiyada ukraynalı general həbs edildi

Serbiyada ukraynalı general həbs edildi

Serbiyanın Niş şəhərinin Ali Məhkəməsi Ukrayna Təhlükəsizlik Xidmətinin Daxili Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəhbəri Andrey Naumovu çirkli pulların yuyulması ittihamı ilə bir il müddətinə azadlıqdan məhrum edib.

AzerTimes xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Balkan xidməti məlumat yayıb.

Birinci instansiya məhkəməsinin sentyabrın 29-da hökm çıxardığı bildirilir.

Naumovun vəkili Milan Petroviçin sözlərinə görə, müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verəcək.

Teqlər: