Ajda Pekkandan Qənirə Paşayeva ilə bağlı paylaşım

Ajda Pekkandan Qənirə Paşayeva ilə bağlı paylaşım

Türkiyəli məşhur müğənni Ajda Pekkan millət vəkili Qənirə Paşayevanın vəfatı ilə bağlı sosial şəbəkə səhifəsində paylaşım edib.

AzerTimes xəbər verir ki, sənətçi millət vəkilinin ölüm xəbərinə dərindən kədərləndiyini bildirib.

“Türk dünyasında əvəzedilməz yeri olan, Azərbaycan Milli Məclisinin deputatı hörmətli Qənirə Paşayevanın ölüm xəbərini böyük kədərlə aldım. Olduqca dəyərli bir şəxsiyyət idi, məkanı cənnət olsun. Azərbaycan başda olmaqla, bütün Türk dünyasının başı sağ olsun”, – deyə A.Pekkan qeyd edib.

Teqlər: