Serbiyanın “Kruşik” silah zavodunda partlayış baş verib.
AzerTimes xəbər verir ki, bu barədə “Blic” məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində yaralanan 1 nəfər xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, “Kruşik” silah zavodu Serbiya müdafiə sənayesinin ən böyük dövlət müəssisələrindən biridir.