Moskva görüşündə saziş ola bilər – Paşinyan

Moskva görüşündə saziş ola bilər – Paşinyan

Moskvada görüş cümə axşamı (25 may – red.) baş tutacaq və mən buna qədər sülh müqaviləsinin imzalanmasının real olduğunu düşünmürəm.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Əgər kommunikasiyaların açılması ilə bağlı ortaq məxrəcə gələ bilsək… – yanaşmalarımızı, prinsiplərimizi bilirsiniz – bunu istisna edə bilmərəm. Mən dedim ki, vəzifəmiz danışıqları tez bir zamanda başa çatdırmaq və sülh müqaviləsi imzalamaqdır. Hər halda, komandamız çox çalışır.

Vaşinqtondan əvvəl biz öz dəyişikliklərimizi yenidən Azərbaycan tərəfinə təqdim etmişik. Səhv etmirəmsə, bunlar dördüncü redaktədir. İndi biz mahiyyət etibarı ilə onların reaksiyasını gözləyirik, ümid edirik ki, bu, Vaşinqtonda aparılan müzakirələri, anlaşmanı, razılaşmaları, anlaşmada əldə edilən irəliləyişi əks etdirəcək”, – Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, Azərbaycanın cavabını almayıblar, buna baxmayaraq, güzəşt məntiqi ilə yanaşmaları məqbul sayırlar.

Teqlər: