Serbiyada atışma: 8 ölü, 13 yaralı – Video

Serbiyada atışma: 8 ölü, 13 yaralı – Video

Serbiyanın Mladenovats şəhərinin Dubona kəndində atışma baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.

Məlumata görə, münaqişə məktəbin həyətində baş verib. Naməlum şəxs əlindəki avtomat silahla ətrafdakılara atəş açıb. Nəticədə 8 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Yaralıların 7-nin vəziyyəti ağırdır.

Şübhəli polis tərəfindən mühasirəyə alınıb, amma təslim olmaq istəmir.

Teqlər: