Serbiya Türkiyədən “Bayraktar” PUA-ları alacaq – Vuçiç

Serbiya Türkiyədən “Bayraktar” pilotsuz uçuş aparatları (PUA)
almaq niyyətindədir.

AzerTimes-ın məlumatına görə, bunu Serbiyanın prezidenti Aleksandar
Vuçiç “Alovlu qalxan” təlimlərinin yekunları üzrə çıxışında
deyib.

“Biz helikopter aviasiyamızı gücləndirəcəyik, həmçinin pilotsuz
uçuş aparatlarının sayını artıracağıq. Mən iki gün əvvəl Türkiyə
Prezidenti Rəcəb Tayyip Ərdoğanla söhbətdə “Bayraktar” PUA-ları
istədim və söz aldım ki, növbəsiz şəkildə bu PUA-ları almaq imkanı
əldə edəcəyik”, – deyə A.Vuçiç bildirib.