Serbiyada keçirilən prezident seçkilərinin nəticələrinə əsasən ölkə başçısının adı məlum olub.
Serbiyanın hazırkı baş naziri Aleksandar Vuçiç yeni prezident seçilib.
Respublika Seçki Komissiyasının (RSK) iclasında təsdiq olunan yekun nəticələr belədir:
Prezident seçkilərinin yekun nəticələrinə əsasən, hakim koalisiyanın namizədi olan Aleksandar Vuçiç 55,08% səs toplayıb.