Serbiya prezidenti Aleksandr Vuçiç ölkənin Milli Assambleyasını
(parlament – red.) buraxıb.
AzerTimes-ın məlumatına görə, Serbiya prezidenti bu barədə sənədi
canlı yayımda xalqa müraciəti zamanı imzalayıb.
Məlumata əsasən, parlamenti buraxdıqdan sonra A.Vuçiş aprelin
3-nə növbədənkənar seçkilər təyin edib.
“Hörmətli vətəndaşlar, mən Serbiyanın Konstitusiyasına və “Serbiya Prezidenti haqqında” qanuna əsasən, hökumətin təklifi ilə
Milli Assambleyanın buraxılması haqqında qərar verirəm”, – deyə
A.Vuçiç bildirib.
“Mən indicə parlamentin buraxılması haqqında sənədi imzaladım və
Serbiyanın Konstitusiyasına, “Serbiya Prezidenti haqqında” qanuna
və “Xalq deputatları haqqında” qanuna əsaslanaraq, xalq
deputatlarının seçkilərinin təyin edilməsi barədə qərar qəbul
edirəm. Mən seçkiləri 3 aprel 2022-ci ilə təyin edirəm”, – deyə
Serbiya prezidenti əlavə edib.