Ronaldo 6 oyundan sonra ilk dəfə qol vurub

İngiltərə Premyer Liqasının 25-ci turu çərçivəsində “Mançester
Yunayted” “Brayton”u qəbul edib.

AzerTimes-ın məlumatına görə, oyun meydan sahiblərinin 2:0 hesablı
qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Kruştiano Ronaldo (51-ci
dəqiqə) və Bruno Fernandeş (90+7) vurublar.

Sözügedən oyunda K.Ronaldo 30 dekabr 2021-ci ildən davam edən
altı oyunluq qolsuzluq seriyasına son qoyub. Son dəfə portuqaliyalı
hücumçu dekabrın 30-u İngiltərə çempionatında “Börnli” ilə
fərqlənmişdi.


Qeyd edək ki, 25 oyundan sonra 43 xal toplayan “Mançester
Yunayted” turnir cədvəlində dörüdüncü, “Brayton” isə 24 oyuna 33
xalla doqquzuncu yerdə qərarlaşıb.

Teqlər: