Serbiya 2023-cü ilin sentyabrından Yunanıstandan mayeləşdirilmiş
təbii qaz (LNG), Azərbaycandan isə təbii qaz almağa başlamağı
planlaşdırır.
Trend xəbər verir ki, bunu Serbiyanın Baş nazirinin müavini və
dağ-mədən və energetika naziri Zorana Mixayloviç deyib.
Onun sözlərinə görə, ölkə hakimiyyəti Rusiyadan qaz tədarükündən
asılılığı azaltmaq istəyir.
Z.Mixayloviç izah edib ki, Serbiyanı Bolqarıstanla birləşdirəcək
Niş-Dimitrovqrad qaz kəməri sayəsində qaz tədarükünü artırmaq
mümkün olacaq. Qaz kəmərinin tikintisinin gələn il başa
çatdırılması planlaşdırılır. Nazir qeyd edib ki, indi Serbiya
yalnız bir təchizatçıdan (Rusiya – red.) asılıdır.
“Biz qazın qiymətinin nə qədər olacağını dəqiq deyə bilmərik,
çünki bazarda tektonik dəyişikliklər baş verir və sual ondan
ibarətdir ki, biz “Qazprom”la danışıqlarda hansı qiymətə razılaşa
bilərik və qiymət əvvəlki kimi olmayacaq”, – nazir bildirib.