Separatizmin məhvi: Bakının növbəti addımı bu olacaq

Separatizmin məhvi: Bakının növbəti addımı bu olacaq

Azərbaycan Qarabağda separatizmə son qoyduqdan, bununla ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Şimali Kipr Türk Cumhuriyyətini (ŞKTC) tanımaq istiqamətində addımlar ata bilər.

AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da belə bir istəyi var. Keçmişdə rəsmi Bakı Şimali Kipr məsələsində ona görə ehtiyatlı davranırdı ki, Yunanıstan Qarabağ separatçılarını tanıya bilərdi, artıq torpağımızda nə separatçılıq qalıb, nə də onları tanımaq təhlükəsi mövcuddur. Rəcəb Tayyib Ərdoğan Naxçıvandan geri dönərkən təyyarədə jurnalistlərin suallarına cavabında Azərbaycan Prezidenti İlham Əliyevin ŞKTC Prezidenti Ərsin Tatarı 3 oktyabrda Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının toplantısına dəvət təşəbbüsünə dəstək verdiyini bildirib. Ərdoğan Əliyevin ŞKTC-yə artan dəstəyindən məmnundur. Azərbaycanla yanaşı Mərkəzi Asiya ölkələrinə də Şimali Kipri tanımasına heç nə mane olmur”, – Şahinoğlu bildirib.

Teqlər: