Separatçılar yükü qəbul edirmiş, sakinlər “imkan vermədi”

Separatçılar yükü qəbul edirmiş, sakinlər “imkan vermədi”

Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsində məskunlaşan erməni sakinlər üçün Rusiyadan göndərilən humanitar yardım hələ də əraziyə buraxılmayıb.

AzerTimes xəbər verir ki, erməni mediası Qarabağdakı separatçı dəstənin yükü qəbul etmək istədiyini, lakin “bir qrup sakinin” Ağdam yolu ilə “heç bir nəqliyyat vasitəsi” buraxmamaq barədə “qərar” verdiyini iddia edir.

“Hazırda bizim əsas məqsədimiz Azərbaycanın nəzarəti altında olan ərazidən hər hansı yükün Qarabağa daxil olmasının qarşısını almaqdır: istər Rusiya, istər Azərbaycan yükü, istərsə də başqasının yükü olmasının fərqi yoxdur, çünki bu halda Laçın yolu hüquqi statusunu tamamilə itirəcək”, – sakin kimi təqdim edilənlərdən biri deyib.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qırmızı Xaç Cəmiyyətinin Qarabağ iqtisadi rayonunun erməni sakinləri üçün göndərdiyi humanitar yüklər bir neçə gündür Ağdam yolunda gözləyir.

Teqlər: