Separatçılar sülhməramlıların qarşısını kəsdilər – Video

Separatçılar sülhməramlıların qarşısını kəsdilər – Video

Hazırda bir qrup separatçı Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının Xocalıdakı qərargahının qarşısını öz avtomobilləri ilə kəsib.

AzerTimes xəbər verir ki, bu haqda Teleqram kanallarında görüntülər paylaşılıb.

Separatçılar Laçın dəhlizinin açılmasını tələb edirlər.

Milliyətcə erməni olan şəxs sülhməramlıların yükün hər tonuna görə 400 min dram aldıqlarını iddia edir.

Digər bir maraqlı məqam ondan ibarətdir ki, sülhməramlılardan biri Xersonda döyüşdüyünü, Qarabağa Ukraynadan gəldiyini deyir.

Teqlər: