Rektor tələbə qızları bu cür təbrik etdi – Foto

Rektor tələbə qızları bu cür təbrik etdi – Foto

Martın 7-də Azərbaycan Dillər Universitetində (ADU) 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

AzerTimes xəbər verir ki, universitetin rektoru akademik, xalq yazıçısı Kamal Abdulla xanımları bayram münasibətilə təbrik edərək onlara uzun ömür və cansağlığı arzulayıb.

Rektor bildirib ki, Azərbaycan qadınına gənc, üzügülər yaşamaq yaraşır:

“İnanıram ki, bizim müəllimlərimiz, tələbə, magistr və doktorantlarımız universitetimizin adını həmişə olduğu kimi bundan sonra da yüksəklərə qadıracaqlar. Əziz qadınlar, əziz xanım tələbələr, sizə cansağlığı, könül xoşluğu arzu edirəm”.

Tədbir bədii hissə ilə davam edib. Tələbələr müxtəlif dillərdə ana haqqında şeirlər söyləyib, musiqilər səsləndiriblər.

Sonda universitetin “Dalğa” rəqs qrupu bir-birindən maraqlı rəqslər nümayiş etdirib.

Teqlər: