Separatçılar Qarabağda yenə silah daşıyır – Video

Separatçılar Qarabağda yenə silah daşıyır – Video

Qarabağda rus sülhməramlıların müvəqqəti məsuliyyət bölgəsindəki erməni separatçıları qanunsuz hərbi daşımaları davam etdirir.

AzerTimes xəbər verir ki, bununla bağlı Teleqram kanalları görüntü paylaşıb.

Verilən məlumatda separatçıların silahlı dəstələrinin sülhməramlıların zirehli texnikasının müşayiəti ilə Xankəndi-Kərkicahan-Xəlfəli yolu vasitəsilə hərbi daşımalar həyata keçirdiyi bildirilib.

Qeyd edək ki, bu daşımalar Ermənistandan deyil, Qarabağda rus sülhməramlıların məsuliyyət zonasında, “postlararası”dır; qanunsuz silahlı dəstələrin təminat və yaxud yerdəyişməsinə xidmət edir.

Teqlər: