Separatçılar “hazırlaşır”, Qarabağa mina döşəyir…

Separatçılar “hazırlaşır”, Qarabağa mina döşəyir…

Separatçılar etiraf edir ki, Qarabağda Azərbaycan Ordusu ilə üz-üzə dayandıqları əraziləri tamamilə minalayıblar. Bu bir daha təsdiq edir ki, Xankəndidəki separatçı-terrorçu rejim Azərbaycanın hakimiyyətini sona qədər qəbul etməməyə çalışacaq və erməni sakinlərin Azərbaycan vətəndaşlığını qəbul etməsi perspektivinin qarşısını alacaqlar.

AzerTimes xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

“Bunun qarşısını almaq üçün ilk növbədə üçtərəfli razılaşmanın 4-cü bəndi icra edilməli – erməni qoşunlar Azərbaycan ərazisindən çıxarılmalı, qondarma “müdafiə ordusu” ləğv edilməlidir. Qarabağda yaşayan ermənilərlə qeyri-formal əlaqələr də yalnız bu halda effektli ola bilər”.

Teqlər: