Azərbaycanın Xankəndi şəhərində məskunlaşan erməni separatçıları aeroporta toplanıblar.
AzerTimes Yenipress.az-a istinadla xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Bir neçə nəfərdən ibarət “aksiyaçı” Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkovla görüş tələb edirlər.
Qeyd edək ki, Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəallar Rusiya sülhməramlılarının məsuliyyət zonasında yeraltı sərvətlərin talanmasına və ekoloji terrora etiraz aksiyası keçirir. Aksiyaçıların tələblərindən biri də Rusiya sülhməramlı kontingentinin komandanı Volkovla görüşdür.
Ənənəvi erməni oğurluğudur – bu dəfə azərbaycanlı ekofəalların görüş tələbini “oğurlayıblar”.