Separatçılar Bakının bu tələblərini qəbul etdi – Hraparak

Separatçılar Bakının bu tələblərini qəbul etdi – Hraparak

Azərbaycan Laçın dəhlizinin açılması ilə bağlı əlavə tələblər irəli sürür.

AzerTimes xəbər verir ki, bu haqda Ermənistanın “Hraparak” qəzeti yazıb.

Yazıda Ruben Vardanyanın uzaqlaşdırılmasından sonra dövlətimizin minaların monitorinqi, Xankəndi-Gorus magistralında rentgen skanerinin quraşdırılması və Qarabağdakı hərbi texnikanın çıxarılması kimi şərtlər irəli sürdüyü bildirilib.

Qəzet öz mənbələrinə istinadən rentgen skanerin quraşdırılmasının prioritet tələb olduğunu vurğulayıb. Separatçılar isə skanerə nəzarətin uzaqdan həyata keçirilməsi və magistral yolda yalnız rus sülhməramlıların olması şərtilə sözügedən tələbləri qəbul ediblər.

Teqlər: