Separatçılar arasında qalmaqal böyüyür: “seçki” təklifi də gəldi

Separatçılar arasında qalmaqal böyüyür: “seçki” təklifi də gəldi

Qarabağ terrorçu-separatçıları müxtəlif ölkələrə və təşkilatlara “Qarabağ ermənilərinin vəziyyəti ağırdır, bizə kömək edin” bağırarkən, separatçıların “parlament sədri” Artur Tovmasyan Qarabağda “növbədənkənar prezident və parlament seçkilərinin” keçirilməsini təklif edib. Artur Tovmasyan bunu bölgədə yararan böhranla əlaqələndirib.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bu, yaranan böhranının səbəblərini separatçılar fərqli şəkildə görməsi ilə bağlıdır:

“Araik Arutyunyan və Ruben Vardanyan beynəlxalq aləmin Azərbaycana təzyiq etməsini istəyərkən, bunlardan biri “seçki keçirək” təklifi ilə əslində problemin öz aralarında olduğuna eyham vurub. Çünki növbədənkənar seçkini o zaman tələb edirlər ki, idarə edənlərdən narazılıq var. Görünür, separatçıların “parlament sədrinin” Araik Arutyunyandan və Ruben Vardanyandan narazılığı var ki, onların yerinə iddialıdır. Keçmişdə Robert Köçəryanla sıx əlaqəsi olan Artur Tovmasyanın separatçıların “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanın istefaya göndərilməsindən də narazıdır. Görəsən Artur Tovmasyanın Nikol Paşinyandan, Araik Arutyunyandan və ya Ruben Vardanyandan fərqi nədir ki, “parlamentin sədri” onların çarəsiz qaldıqları durumu separatçıların xeyrinə dəyişəcəyini düşünür? Bir balaca düşüncəsi olan Qarabağ ermənisi bu gün nə Araik Arutyunyanın, nə də Ruben Vardanyanın yerində olmaq istəyər”.

Qeyd edək ki, erməni mediası Ruben Vardanyanın “dövlət naziri vəzifəsindən” çıxarılacağı haqda məlumat da yayıb.

Teqlər: