İnanılmaz: Lotereyada 1,3 milyard uddu

İnanılmaz: Lotereyada 1,3 milyard uddu

ABŞ tarixində ikinci ən böyük lotereya uduşu qazanılıb.

AzerTimes xəbər verir ki, “Mega Millions” şirkətinin yaydığı məlumata görə, Men ştatında yanacaqdoldurma məntəqəsindən əldə edilən lotereya bileti sahibinə nə az, nə çox – düz 1,348 milyard dollar qazandırıb.

Belə ki, adı açıqlanmayan şəxs 6 uduşlu rəqəmin hamısını müəyyən etməyi bacarıb.

Məlumata görə, qalib uduşunu nəğd şəkildə almağı seçərsə, o zaman ona vergi ödənişlərinə qədər 723,5 milyon dollar çatacaq. Əks halda, məbləğ 30 il ərzində hissə-hissə ödəniləcək.

Teqlər: