SEPAH: Suriyaya hərbi yardımı artırmağa hazırıq

SEPAH: Suriyaya hərbi yardımı artırmağa hazırıq

İran Suriya silahlı qüvvələrinə lazımi ölçü və sahələrdə daha çox hərbi yardım etməyə hazırdır.

AzerTimes xəbər verir ki, bunu SEPAH-ın baş komandanı Hüseyn Səlami Suriyanın müdafiə naziri İmad Əli Mahmud Abbasla görüşdə bildirib.

İran daha əvvəl Suriya ordusuna yalnız məsləhətçi yardım etdiyini iddia etmişdi.

Rusiya ilə yanaşı, İran Bəşər Əsəd hökumətinin ən böyük dəstəkçisidir.

Teqlər: