SEPAH ölkənin şimal-qərb sərhədinə əlavə qüvvə yeritdi

SEPAH ölkənin şimal-qərb sərhədinə əlavə qüvvə yeritdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin şimal-qərb sərhədlərinə əlavə qüvvələr cəmlədiyini təsdiqləyib.

AzerTimes xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, SEPAH rəhbərliyi separatçı terrorçu qrupların hərəkətlərindən sonra quru qüvvələrinin “Həmzə Seyid əş-Şühəda” bazasını gücləndirmək qərarına gəlib. Qeyd olunur ki, yerli sakinlərin dəstəyi ilə hərbçilər bu ərazilər üçün əlavə təhlükəsizlik mexanizmlərini təmin etmək niyyətindədirlər.

İnqilab Keşikçiləri Korpusunun komandanlığı regionun və yerli əhalinin təhlükəsizliyinin onlar üçün “qırmızı xətt” olduğunu vurğulayıb.

Teqlər: