SEPAH-ın “yeni marşı”: Bakı, qəbrini qazma! – Video

SEPAH-ın “yeni marşı”: Bakı, qəbrini qazma! – Video

İranın “Səhər Azəri” kanalı İran ordusu ilə bağlı klip yayımlayıb.

AzerTimes xəbər verir ki, klipdə həm Azərbaycan, həm də İsrail təhdid edilib.

“İsrail, gözlərini aç və bunu bil! Bura İrandır, igidlər oylağıdır. Müharibədə fırtına kimidir. Həddini aşma, öz əlinlə öz qəbrini qazma. İran elan edir, bunu bilsin Azərbaycan!”, – mahnının sözlərində qeyd olunub.

Qeyd edək ki, bu “yeni marş” sosial şəbəkələrin Azərbaycan seqmentində ciddi etirazla qarşılanıb.

Teqlər: