Türkmənlərin kompakt yaşadığı Gülüstan əyalətində çox sayda odlu silah aşkarlanaraq ələ keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə əyalətin Polis Komandanlığının Kəşfiyyat Təşkilatının bəyanatında bildirilib.
Məlumata görə, iki nəfər türkmən həbs edilib. Əməliyyat zamanı 16 döyüş, 2 ov tüfəngi müsadirə edilib.
Həbs edilənlərin kimliyi barədə əlavə məlumat verilməyib.
Saxlanılanlar barəsində cinayət işinin açıldığı qeyd olunub.