İrəvanın bu addımları sülhə əsas maneədir – Səfir

İrəvanın bu addımları sülhə əsas maneədir – Səfir

Ermənistanın qoşunlarını Azərbaycandan tam çıxarmaqdan və Naxçıvana nəqliyyat əlaqəsinin təmin edilməsindən imtinası Azərbaycanla sülhün əldə olunması qarşısında əsas maneədir.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev X-da paylaşım edib.

“2020-ci il noyabr bəyanatı ilə bağlı Ermənistanın iki əsas pozuntusu qoşunlarını Azərbaycandan tam çıxarmaqdan və Naxçıvana nəqliyyat əlaqəsinin təmin olunmasından imtina etməsidir. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etmək və separatçıları maliyyələşdirməklə yanaşı, bunlar Azərbaycan-Ermənistan arasında sülhə əsas maneələrdir”, – diplomat bildirib.

Teqlər: