SEPAH azərbaycanlıların yaşadığı kəndi mühasirəyə aldı

SEPAH azərbaycanlıların yaşadığı kəndi mühasirəyə aldı

Qərbi Azərbaycan əyalətinin Tikantəpə (Tikab) mahalının Ağdərə kəndi SEPAH qüvvələri tərəfindən mühasirəyə alınıb.

AzerTimes xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıblar.

Məlumata görə, kəndin giriş və çıxışında postlar qurulub, əhalinin kənddən çıxmasına icazə verilmir.

Xatırladaq ki, iyulun 30-da Ağdərə kəndinin sakinləri əkin və otlaq ərazilərinin Ağdərə qızıl mədəni istismarçıları tərəfindən məhv edilməsinə, yerli əhalinin mədəndə işə götürülməməsinə etiraz ediblər.

Aksiyadan sonra gecə saatlarında SEPAH qüvvələri Ağdərə kəndinə hücum edərək sakinlərə atəş açıb. Nəticədə 10 nəfər ağır yaralanıb, 50 nəfər həbs edilərək naməlum istiqamətə aparılıb.

Teqlər: