Oteldə susuz qalan şahmatçı ilə bağlı rəsmi açıqlama

Oteldə susuz qalan şahmatçı ilə bağlı rəsmi açıqlama

Dünya Kuboku üçün Bakıya gələn və qaldığı oteldə susuz qalan şahmatçı Hikaru Nakamura oteli özü seçib.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat verib.

“Otel təşkilatçı tərəfindən seçilmir, şahmatçı Hikaru Nakamura özü seçib və xərclərini də özü qarşılayır. Proses hər zaman bu formada olur. Şahmatçılara 4-5 otel təklif olunur və onlar da öz büdcələrinə və zövqlərinə uyğun otel seçirlər”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, şahmatçı Hikaru Nakamura Bakıda qaldığı oteldə susuz qalmasından şikayətlənmişdi.

Teqlər: