SEPAH Avropanın “göndərdiyi” “terrorçuları” öldürdü

SEPAH Avropanın “göndərdiyi” “terrorçuları” öldürdü

Ölkə daxilindəki aksiyalardan diqqəti yayındırmağa çalışan İran təhlükəsizlik qüvvələri “terrorçu ovu”na çıxıb.

AzerTimes xəbər verir ki, SEPAH Xuzistanda terrorçu-diversant qrupunu zərərsizləşdirdiyi haqda məlumat yayıb.

İddia edilib ki, bu qrup “Avropa ölkəsi” tərəfindən dəstəklənən və rəhbərlik edilən terrorçu dəstədir. Ancaq SEPAH bu Avropa ölkəsinin hansı olduğunu “nədənsə” açıqlamayıb.

Məhv edilən terrorçuların Zahidan və Ərdəbildə “qarışıqlıq yaratmaq” planlarının olduğu iddia edilib.

Qeyd edək ki, Zahidanda aksiyaçılara atəş açılması nəticəsində 16 dinc etirazçı qətlə yetirilib. Ümumilikdə İranda aksiyaların başladığı ay yarım müddətində hüquq-mühafizə orqanları yüzlərlə sadə vətəndaşı öldürüb.

İran hakimiyyəti qətliamlara haqq qazandırmaq üçün bu aksiyaların xaricdən idarə olunduğu və “terrorçu dəstələr tərəfindən” təşkil edildiyini göstərməyə uğursuz cəhd edir.

Teqlər: