Faktitiki hava: Bu ərazilərə qar yağdı

Faktitiki hava: Bu ərazilərə qar yağdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 6-na olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, şimal-qərb küləyi əsib, arabir güclənib.

Xidmətdən AzerTimes-a bildirilib ki, qar örtüyünün hündürlüyü Xınalıqda 15, Qrızda 11, Ləzədə 9, Şahdağda 7, Qaxda 3, Xaltanda 1santimetr təşkil edib.

Düşən yağıntının miqdarı Qrızda 22 (aylıq normanın 77 faizi), Şabranda 16 (aylıq normanın 53 faizi), Qax, Qubada 15 (aylıq normanın 32 faizi), Qusarda 15 (aylıq normanın 32 faizi), Xaçmazda 13 (aylıq normanın 40 faizi), Ləzədə 12, Şəki, Zaqatalada 9, Xınalıq, Qəbələ, Altıağac, Xaltanda 6, Şahdağ, İsmayıllı, Ağsu, Oğuzda 5, Şamaxıda 4, Balakən, Qobustanda 3, Daşkəsən, Naftalan, Şəmkir, Gəncə, Gədəbəy, Tovuz, Göyçay, Zərdab, Hacıqabul, Mingəçevir, Cəfərxanda 1, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 13 (aylıq normanın 47 faizi), Maştağada 7, Bakıda 6, Binə, Pirallahıda 5 millimetrədək olub.

Şimal-qərb küləyi Salyan, Neftçalada 20, Bakıda və Abşeron yarımadasında: Bakıda 26, Neft Daşlarında 22, Çilov adası, Qumyataq, Pirallahında 20, Maştağada 18, Binədə 17 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.7 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 8-i gündüzədək davam edəcək.

Teqlər: