Sentyabr ssenarisi: Atəş əmri Fransadan gəlib?

Sentyabr ssenarisi: Atəş əmri Fransadan gəlib?

Fransa və Ermənistan BMT Təhlükəsizlik Şurasında “Azərbaycan Ermənistana hücum edib” iddiasını gündəmə gətirəcək. Sərhəddə baş verənlərin əsas hədəfi budur.

BMT TŞ-nin son iclasında istəyinə nail ola bilməyən Ermənistanın sərhəddə eskalasiya yaradacağı gözləntiləri var idi. Çünki Qarabağ Azərbayca ərazisi olduğu üçün Bakıya buna görə təzyiq edilməyəcəyini anlayırlar. Lakin sərhəd toqquşmaları ilə buna nail ola biləcəklərini hesab edirlər. 44 günlük müharibədən sonrakı təcrübə də bunu təsdiqləyir: Bakıya təzyiq adətən sərhəd toqquşmalarında edilib, xüsusilə ötən ilin sentyabr döyüşlərində bunun şahidi olduq;

İndi yenidən sentyabr ssenarisi işə salınır. Və bu ssenaridə müxtəlif ölkələrin maraqları olmaqla yanaşı, əsas idarəedici kimi Fransa görünür.

– Azərbaycanı “hücum edən tərəf” kimi göstərməyə və Bakıya bu məsələ üzərindən təzyiq etməyə cəhd edəcəklər;

– Laçın yolu, ümumilikdə Qarabağla bağlı iddiaları “sərhəd toqquşması” fonunda gündəmə gətirəcəklər;

– Bununla danışıqlar masasındakı mövcud gündəliyi də arxa plana keçirmək istəyirlər: vasitəçiliyi qəbul olunmayan Fransa bu məsələdə xüsusilə maraqlı tərəfdir;

Ermənistan Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyəcək, lakin əsas hədəfləri itkilər hesabına olsa belə, siyasi məqsədlərinə nail olmaqdır.

Teqlər: