Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyənin futbol üzrə milli komandasının baş məşqçisi Şenol Günəş istefa verib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyası elan edib.
Qeyd olunur ki, baş məşqçi ilə qarşılıqlı razılaşma əsasında müqavilə ləğv edilib.
Xatırladaq ki, Ş.Günəş 2019-cu ilin martında milli komandaya gətirilmişdi. Onun rəhbərliyi dövründə milli komanda 38 qələbə qazanıb, 21 dəfə məğlub olub. Bir neçə gün əvvəl Türkiyə millisi Niderlanda 6-1 hesabı ilə məğlub olmuşdu.