Seneqal millisi tarixində ilk dəfə Afrika Millətlər Kubokunun qalibi olub

Afrika Millətlər Kubokunun final oyununda Seneqal futbol millisi Misiri penaltilər seriyasında məğlub edib.

AzerTimes-ın məlumatına görə, görüş Kamerunun Yaunde şəhərində keçirilib.

Qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb, penaltilər seriyasında seneqallılar daha dəqiq olub – 4:2.


Görüşün yeddinci dəqiqəsində seneqal futbolçusu Sadio Mane penaltini dəqiq yerinə yetirə bilməyib.

Seneqal yığması tarixində ilk dəfə Afrika Millətlər Kubokunun qalibi olub.

Teqlər: