Sənaye tullantılarını yandıran şirkət direktoru cərimələnib

Polis orqanları tərəfindən sanitariya-gigiyena qaydalarının
pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam
etdirilir.

AzerTimes-ın məlumatına görə,
aprelin 30-da Sumqayıt Şəhər Polis İdarəsi və Ekologiya və Təbii
Sərvətlər Nazirliyi əməkdaşlarının İnşaatçılar qəsəbəsi ərazisində
keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının
qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl
edilməməsi aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət
tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin
mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini
pozduqlarına görə hüquqi şəxs “Aznur” ASC-nin direktoru R.Hüseynov,
fiziki şəxslər R.Davudov və E.Kərimov barəsində inzibati
protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Teqlər: