Ötən gün 28 yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil
olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən
ötən sutka ərzində 28 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə
qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə
əməliyyatları həyata keçirilib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görülmüş
təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ
söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i
azyaşlı olmaqla 6 nəfər, o cümlədən Ağdam rayonu, İmamqulubəyli
qəsəbəsində “ВАЗ” markalı minik avtomobili ilə “Mercedes” markalı
mikroavtobusun toqquşması nəticəsində deformasiyaya uğrayan minik
avtomobilində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas olunub, yanğın
zamanı 5 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Həmçinin,
15.04.2022-ci il tarixində Yuxarı Qarabağ su kanalının Mingəçevir
şəhəri ərazisindən keçən hissəsində batan 2003-cü il təvəllüdlü
Əhmədov Allahverdi Zalış oğlunun meyiti batdığı yerdən təqribən 1
km aralıda kanalda aşkar olunaraq çıxarılıb və aidiyyəti üzrə
təhvil verilib.

Teqlər: