Senatorlardan Baydenə çağırış: Kiyevə bu raketi verin!

Senatorlardan Baydenə çağırış: Kiyevə bu raketi verin!

ABŞ-ın dörd respublikaçı senatoru Ukrayna Prezidenti Vladimir Zelenskinin Ağ Evə gözlənilən səfəri fonunda Prezident Co Baydeni Kiyevi uzaqmənzilli raketlərlə təmin etməyə çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Senatorların sözlərinə görə, bunun üçün yalnız ABŞ arsenalının kiçik hissəsi lazım olacaq:

“Ukrayna Rusiyanın döyüş gücünü əhəmiyyətli dərəcədə zəiflətdi və ATACMS ehtiyatımızın yalnız kiçik bir hissəsi tələb olunur. Ukrayna hərbi qüvvələri cəbhəni yarmağa nail oldular və ATACMS-in verilməsi Kiyevin hazırkı əks-hücum və sonrakı əməliyyatlarında uğur qazanma ehtimalını maksimum dərəcədə artıracaq”.

Teqlər: