Senatda İrəvan səfirinin namizədliyinə baxılacaq

Senatda İrəvan səfirinin namizədliyinə baxılacaq

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin Rusiyadakı səfir vəzifəsinə namizədliyi rəsmən tövsiyə olunub.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsindən məlumat verilib.

Sonrakı prosesdə onun namizədliyinə Senatda özündə baxılacaq.

Qeyd edək ki, daha öncə də Prezident Co Bayden Treysinin namizədliyini dəstəkləmişdi.

Teqlər: