Ənənəyə sadiq qalaraq, gənc və yeni populyarlıq qazanmış müğənnilərin avtobioqrafiyasını dinləyicilərinə və pərəstişkarlarına təqdim etmək üçün, növbəti müğənni ilə müsahibə aldıq.
Müsahibimiz mərhum bəstəkar və Azərbaycanın əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin tələbəsi olmuş, Eyvaz Nağıyevla oldu.
– Salam Eyvaz bəy. Necəsiniz, sənətdə irəliləyiş varmı ?
– Salam, xoş gördük. Yaxşıyam, sağ olun. İrəliləyiş var, inşallah, olacaq da..
– Sizi çox yormadan, tərcümeyi halınız barədə soruşmaq istəyirəm. Çünki, bilirsiniz ki, pərəstişkarlar, dinləyicilər həmişə çox maraq duyurlar öz dinləikləri, kumirləri haqqında öyrənməyi və biz də ənənəni pozmayaraq, sizin haqqınızda ətraflı verəcəyiniz bioqrafiya məlumatlarına keçid edək.
Mən, Nağıyev Evyaz Vaqif oğlu 1991-ci il sentyabr ayının 29-da Bakı şəhərində musiqiçi ailəsində anadan olmuşam. 1998-2009-cu illər Bakı şəhəri Nizami rayonu Kamil Əyyubov adına 12 saylı orta məktəbində orta təhsil almışam, 2003-2005-ci illər 15 nömrəli musiqi məktəbində Fleyta ifaçısı ixtisasına yiyələnmişəm. 2006-2010-cu illər Bakı Musiqi Akademiyasının Vokal ixtisası üzrə dərs almışam, 2010-2015 ci illərdə Bakı Mühəndislik Universitetinin İqtisadiyyat fakultəsini bakalavr dərəcəsi ilə bitirmişəm. Bakı Musiqi Akademiyasında təhsil aldığı müddət, [[müğənni]liyə maraq göstərərək və nəticədə bu sahədə bilgilərini möhkəmlədərək üçün bir sıra görkəmli sənətkarlarla tanış olmuşam, onlardan bu sənətin sirrlərinə yiyələnmişam. Mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin və Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevda Məmmədlinin tələbəsi olmuşam. 2015-ci ildə ali məktəbi bitirərək, 2016-cı ildə hərbi xidmətə yollanmışam.
Atam Nağıyev Vaqif Nağı oğlu musiqiçidir.
Anam Nağıyeva Arzu Məmmədağa qızı evdar qadındır.
Subayam. Övladım yoxdur.
2016-ci ildə Müdafiə Nazirliyinin keçirdiyi Bədii Özfəaliyyət yarışmasında, öz bəstəm olan “Şəhidim” mahnısıyla birincilik qazanmışam.
İlk dəfə 2005-ci ildə ifa etdiyim “Sevməyəcəklər” mahnısı olub. 2011-ci ildə, mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin “Necə sevdin məni” mahnısı bəstəkarın özü ilə duet oxumuşam. 2012-ci ildə solist olduğum “Səmum” qrupuna bəstələdiyim, sözləri Namiq Qaraçuxurluya məxsus, “Səni gözləyirəm”, 2016-ci il Orxan Mürvətli ilə duet – “Şəhidim”, 2018-ci il musiqisi İranın populyar müğənni və reperi Amir Tataloo-nun müəllifi olduğu “Gəl” mahnısı, 2018-ci ildə “Cənnət qoxulum”, 2019-cu ildə “Aləm qarışır sevgimizə”, 2019-cu ildə “Yaralı Ürəyim” duetini, 2020-ci ildə “Əfv et”, 2020-ci ildə “Ulduzların altında”, 2021-ci ildə “Qum saatı”, 2021-ci il “Лекарство” mahnılarım mənə populyarlıq qazandırıb.
Milli Konservatoriya nəznində olan məktəbdə təhsil alarkən mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli ilə tanış olmuş, 2006-2008-ci illər bəstəkardan estrada müğənniliyi dərsləri almışam. Nailə Mirməmmədlinin yaratdığı “Səmum” qrupununa qoşulmuşam.
2008-2010-cu ilə qədər “Səmum” qrupunun solisti olmuşam.
2011-ci ildən professional solo ifaçılıq karyerama başlamışam.
Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli və tanınmış İran reperi Amir Tataloo kimi tanınmış bəstəkar və müğənniylə iş birliyi olub.
Tezliklə əməkdar artist Könül Kərimova ilə yeni layihəmiz iş üzü görəcək.
Hal-hazırda Solo karyerasını davam etdirməkdəyəm.
Bir sıra mahnıların söz müəllifi və bəstəkarıyam.
Diskoqrafiyam:
Sevməyəcəklər (2005) albomu
Mahnılarım:
Necə sevdin məni (2011)
Şəhidim (2016)
Gəl (2018)
Cənnət qoxulum (2018)
Aləm qarışır sevgimizə (2019)
Yaralı ürəyim (2019)
Əfv et (2020)
Ulduzların altında (2020)
Sevdiyim (2020)
Qum saatı (2021)
Лекарство (2021) ibarətdir.
– Ayrındığınız vaxta görə minnətdaram. Görüşmək ümidi ilə..
– Siz çox sağ olun ki, dəyər verib, qiymətləndirib, bizləri yada salırsınız. Var olun!